Monakoda kral ailəsində əkiz uşaqların doğulması bayram edilir.
Monako knyazı II Alber və həyat yoldaşı Sharlenin əkiz övladı – bir oğlan və bir qız dünyaya gəlib. Oğlan övladı knyazlıq taxtının davamçısı hesab olunur. Yeni doğulan oğlana Gabriel, qıza isə Jak adı verilib.
II Alber və Sharlen 2011-ci ildə ailə həyatı qurub. Əkizlər cütlüyün ilk övladlarıdır.