Rusiya rublunun ABŞ dollarına nisbətdə məzənnəsi düşməkdə davam edir.
Dekabrın 5-də Moskva birjasında 1 dollar 60 rubldan da yuxarı olub ki, bu yeni rekord hədd deməkdir.
Təkcə həmin gün rubl 3,5 faiz dəyərən düşüb.
Ümumilikdə isə rubl bu il dollara nisbətdə 32,85 ucuzlaşıb.
Qeyd edək ki, buna səbəb Qərbin Ukrayna böhranına görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar və dünya bazarında neftin kəskin ucuzlaşmasıdır.
Analitiklər hesab edir ki, Rusiyanın Mərkəzi Bankı rublu saxlamaq üçün yenidən məsələyə müdaxilə etməlidir.
Rusiya milli valyutanı saxlamaq üçün bu il 80 milyard dollardan çox vəsait xərcləməli olub.