-
Dekabrın 26-da Səbail rayon Məhkəməsində həbsdə olan jurnalist Xədicə İsmayılın vəsatətinə baxılacaq. Bu haqda AzadlıqRadiosuna vəkil Elton Quliyev məlumat verib. Onun sözlərinə görə, vəsatət jurnalistin ev dustaqlığına buraxılması ilə bağlıdır.
Xədicə İsmayıl dekabrın 5-də həbs olunub. O, Tural Mustafayev adlı şəxsi özünüöldürmə həddinə çatdırmaqda ittiham olunur. Dekabrın 6-da Xədicə İsmayılın evində axtarış aparılıb.
Azad Avropa/Azadlıq Radioları korporasiyasının rəhbərliyi jurnalistin həbsinin arxasında onun peşə fəaliyyətinin durduğunu bəyan edərək, Azərbaycan məmurlarının qanunsuz biznesini üzə çıxardığına görə Xədicədən qisas alındığını bildirib. Beynəlxalq ictimaiyyət də Azərbaycan hakimiyyətinin əməllərini pisləyib. Hakimiyyət nümayəndələri bu ittihamları rədd edir.