-
"Washington Post" yazır ki, Facebookda fəal olan 114 yaşlı nənə dekabrın 24-də vəfat edib.
114 yaşlı Anna Stoehr bir il əvvəl media başlıqlarına düşmüşdü. Onun 113 yaşı olanda qərara gəlib ki, Facebookda səhifə açmağın vaxtıdır.
Ancaq bu vaxt problemlə üzləşib: Facebookun standart qeydiyyat səhifəsində doğum tarixinə qoyulan ən tez vaxt 1905-ci ildir. Yəni, ən çoxu kimsə 1905-ci ildə anadan olduğunu yaza bilər. Buna görə Stoehr öz həqiqi ad gününü - 1900-cü ili yazmaq üçün tanışı vasitəsilə Facebook-a xüsusi müraciət göndərməli olmuşdu.
Stoehrin sonuncu doğum günündə Facebook ona gül dəstəsi göndərmişdi.
Stoehr ABŞ-ın Minnesota ştatının Plainview şəhərciyində yaşayırdı. O, Facebooka öz mini İPad-ı ilə daxil olurdu.