Fransa hökuməti ölkədəki 700-dən çox yəhudi məktəblərinin mühavizəsinə 5 mindən çox polis və təhlükəsialik qüvvəsi cəlb edir.
Bunu yanvarın 12-də Bernard Cazeneuve (Bernar Kaznev) Parisdəki yəhudi məktəblərindən birində valideyinlərlə görüşdə deyib.
Prezident Francois Hollande elə həmin gün təhlükəsizlik məsələlərinə həsr edilmiş toplantı keçirib.
Müdafiə naziri Jean-Yves Le Drian (Jan İv Le-Drian) görüşdən sonra bildirib ki, ölkə böyu müxtəlif obyektlərin mühavizəsinə 10 minədək hərbçi cəlb ediləcək.
Yanvarın 7 və 9-da Fransada törədilən terror aktlarında 17 nəfər ölüb.