Ermənistanda polis və etirazçılar arasında toqquşmalar baş verib, 12 xəsarət alıb

Valeri Permyakov


Gümrüdə polis və etirazçılar arasında baş vermiş toqquşmalar nəticəsində 12 nəfər xəsarət alıb.

APA-nın “Novosti Armenii” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Gümrü Tibb Mərkəzinin müdiri Armen İsaakyan bildirib.

Onun sözlərinə görə, xəsarət alanlardan 8 nəfərə tibbi yardın göstərilib. Hazırda mərkəzdə 3-ü polis olmaqla 4 nəfər var. İsaakyan xəsarət alanlardan iki nəfərin vəziyyətinin ağır olduğunu qeyd edib. Onların kəllə-beyin travması aldığı bildirilir.

Qeyd edək ki, etirazçılar Gümrüdə 6 nəfərdən ibarət ailənin qətlində ittiham olunan Rusiya əsgəri Valeri Permyakovun Ermənistana təhvil verilməsini tələb edirlər.