Tələbə Qəbulu üzrə Dövlət Komissiyası imtahanların vaxtını açıqladı

Məleykə Abbaszadə

-

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2015/2016-cı tədris ili üçün magistratura və rezidentura səviyyələrinə keçiriləcək imtahanların və bakalavr pilləsi üçün sınaq imtahanlarının vaxtını açıqlayıb.

Ali məktəbələrin magistratura pilləsinə qəbul ərizəsi fevralın 3-12 arasıaparılacaq.

Magitraturaya qəbul imtahanının 1-ci mərhələsi fevralın 22-də, 2-ci mərhələsi isə aprelin 26-da keçiriləcək.

Mayın 7-12 –də magistraturaya, uiyunun 22-28-də isə boş qalan yerlərə ixtisas seçimi keçiriləcək.

Ali tibb məktəblərinin rezidentura pilləsinə isə ərizə qəbulu fevralın 16-23 arası aparılacaq.

Qəbul imtahanının 1-ci mərhələsi martın 15-də, ikinci mərhələsi isə iyulun 7-də keçiriləcək.

Rezidentura üzrə ixtisaslaşma seçimi iyulun 10-14, boş qalan yerlərə isə iyulun 21-24 arası keçiriləcək.

Ali məktəblərin bakalavr pilləsinə sınaq imtahanları aprelin 5, 12, 19-u və mayın 3-də keçiriləcək.

Təhsil eksperti Nabatəli Qulamoğlu AzadlıqRadiosunda müzakirələr zamanı bildmirşdi ki, TQDK testləri tələblərə cavab vermir:

«TQDK elə testlər tərtib edir ki, abituriyentlər bu testləri cavablamaqda çətinlik çəkirlər. Dünyanın heç bir yerində bu cür testlər yoxdur».

TQDK mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə isə iradlarla razılaşmır:

«Test tapşırıqları dərsliklərə, tədris proqramlarına uyğundur. Nəticələr aşağıdırsa, bu, tədris prosesinin nəticəsidir».