-
Rusiya Dumasının sədri Sergei Naryshkin Rusiyada saxlanmış ukraynalı hərbi pilot Nadiya Savchenko-nun buraxılmasına köməkdən imtina edir.
AŞPA prezidenti Anne Brasseur ötən həftə ona müraciət edərək Savcehnko-nun buraxılmasına kömək istəyib. Pilotun səhhəti pisləşib. O, bir aydan çoxdur həbsxanada aclıq edir, buraxılana və ya ölənədək aksiyanı davam etdirəcəyini bildirir.
Yanvarın 25-də Brasseur-lə görüşdən sonra Naryshkin deyib ki, Savchenko-nun taleyini Rusiya məhkəmələri həll edəcək.
"Təqsiri ancaq istintaq və məhkəmə müəyyənləşdirir; təqsiri sübuta yetirilməsə, o, azadlığa buraxılacaq," Naryshkin bildirib.
Tənqidçilər Rusiya məhkəmələrinin Kremlin əmrinə tabe olduqlarını deyir.
Savchenko Ukraynanın şərqində iki rusiyalı jurnalistin ölümündə iştirakda ittiham olunur.