Belarus Prezidenti Aleksandr Lukaşenko tərəfdaşların öhtəlikləri pozacağı halda ölkəsinin Avrasiya iqtisadi birliyindən çıxmasının mümkünlüyünü istisna etməyib.
O bunu cümə axşamı Minskdə keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, Belarus bu müqaviləni müəyyən şərtlə imzalayıb və əgər tərəflər öz üzərlərinə götürdüyü öhtləiklərə əməl etməsə,Minsk bu müqavilədən çıxa bilər.
O bildirib ki, Avrasiya birliyinin şərtlərində ticarət müharibəsi olmamalıdır.
Qeyd edək ki, Rusiyanın rəhbərlik etdiyi bu qurum yanvarın 1-dən işləyir.
Avrasiya birliyinə Rusiya, Belarus, Qazaxıstan və Ermənistan daxildir.