Yanvarın 30-da Minskdə Ukrayna böhranı ilə bağlı növbəti danışıqlar gözlənilir.
Belarus xarici işlər nazirliyinin məlumatına görə, görüşdə Ukrayna, Rusiya və ATƏT-in nümayəndələri iştirak etməlidir.
Rusiya mediyası nazirliyə istinadla xəbər verir ki,
görüşün dəqiq yeri və vaxtı yanvarın 30-u günün birinci yarısında açıqlanacaq.
Ukraynanın şərqindəki rusiyapərəst separatçıların bu görüşdə iştirak ertməyəckləri bəlli deyil.