-
Bu film İraqda yaraqlıları "dənləyən" Amerika snayperi haqdadır.
“Amerika snayperi” indi ABŞ-da ən çox baxılan filmdir.
Film 2 həftəyə 200 milyon dollar toplayıb və yaxın həftələrdə də populyarlığını qoruyacağı gözlənir.
Vestern filmlərinin ulduzu Clint Eastwood-un çəkdiyi bu filmdə baş rolu Bradley Cooper oynayır.
Hollivud tarixində yalnız bir neçə film ilk iki həftəsində 200 milyon dollar toplayıb.
(Ardı aşağıda)
"Amerika snayperi" bu ilki "Oscar" mükafatına 6 nominasiyada (o cümlədən "Ən yaxşı film") namizəddir.
Film həm də ABŞ-da və başqa ölkələrdə debatlara yol açıb: Kyle qəhrəmandırmı?
Film İraqda döyüşmüş ABŞ xüsusi təyinatlısı Chris Kyle-ın memuarları əsasında yaradılıb.
Chris Kyle Amerika hərb tarixində ən dəqiq snayper sayılır.
Onun 255 nəfər öldürdüyü deyilir (Bunun 160-ı rəsmən təsdiqlənib). Ona İraqda “Ramadinin Şeytanı” deyirmişlər. Onu 2013-cü ildə ABŞ-da başqa bir müharibə veteranı güllələyib.