-
Milli Bank dekabr ayında açıqladı ki, manatın sabit saxlanmasına bir aya azı 1 milyard dollar xərcləyib.
Yanvarda prezident İlham Əliyev manatın sabit saxlamağın müsbət hal olduğunu, amma hökumətin bu məsələni yenidən nəzərdən keçirməli olduğunu söylədi. Dünya bazarında neft düşəndən bəri dolların məzənnəsi qalxır, və digər valyutalar ucuzlaşır. Hələlik, manatın dollara nisbətdə məzənnəsində dəyişiklik yoxdur. Amma bu nə qədər mümkün ola bilər?
AzadlıqRadiosu manatın məzənnəsi, neftin qiyməti və digər məsələlərlə bağlı millət vəkili Vahid Əhmədovdan müsahibə alıb.
Müsahibəni burada dinlə:
Sizin brauzer HTML5-i dəstəkləmir
- Digər valyutalarla müqayisədə Azərbaycan manatının məzənnəsi dollara nisbətdə ucuzlaşmır. Bunun hansı üstünlükləri və ziyanlar var?
Manatın uzun müddət sabit saxlamaq iqtisadiyyata, özəlliklə də ixracata təsir edəcək. İxracı artırmaq üçün manata yavaş-yavaş buraxılmalıdır...
- Manatın sabit saxlanmasının ilk növbədə əhaliyə xeyri var. Əks halda əməkhaqlarına ciddi təsir göstərər. Bazarda qiymətlər sabit qalır. Amma digər yandan, manatın uzun müddət sabit saxlamaq iqtisadiyyata, özəlliklə də ixracata təsir edəcək. İxracı artırmaq üçün manata yavaş-yavaş buraxılmalıdır. 1,5-2 milyard xərcləyib manatı uzun müddət saxlamaq da mümkün deyil. İndiki vəziyyətdə bu qədər pul xərcləmək də heç sərf etmir. Dövlət Neft Şirkətinə, Dövlət Neft Fonduna daxil olan vəsait də azalacaq. Ehtiyatları qoruyub saxlamaq üçün də bu çox vacibdir.
- Söz neftin qiymətindən düşmüşkən. 2015-ci ilin dövlət büdcəsində neftin qiyməti 90 dollardan götürülüb. Hazırda dünya bazarında qiymət 58 dollara yaxındır. 2015-ci ilin büdcəsinə yenidən baxılması gündəlikdə varmı?
Neftin hər 10 dollarının dövlət büdcəsinə 240-250 milyon dollar təsiri var...
- Neftin hər 10 dollar ucuzlamaşı dövlət büdcəsinə 240-250 milyon dollar həcmində təsir edir. Ümumilikdə, neftin qiymətinin büdcəyə təsiri 11 faizdir. Bu o qədər də böyük təsir deyil. Amma bununla belə 2015-ci ilin büdcəsindən investiya xərclərinə ayrılan 7 milyard vəsaitin 2 milyardı ehtiyat kimi saxlanılıb, bölüşdürülməyib. Yəni, dövlət öz ehtiyatını tutur. Bu il ciddi problem yaranacağını düşünmürəm.
- Azərbaycanın 53 milyard dollar valyuta ehtiyatı var. Mərkəzi bank elan etdi ki, təkcə dekabr ayında manatı sabit saxlamağa 1,3 milyard dollar xərcləyib. Sizcə, Mərkəzi Bank dollara nisbətdə manatı uzun müddət sabit saxlaya biləcəkmi?
- Yalnız dekabr ayında bu qədər vəsait xərcləyib. Amma ümumilikdə il boyu cəmi 1,5-2 milyard xərcləyib. Amma yanvarda nə qədər xərclədiyi hələki açıqlanmayıb. Əlbəttə ki, bu qədər vəsait xərcləmək sərf etmir. Amma digər tərəfdən manatı birdən-birə buraxsaq həm daxili, həm xarici bazarda, ərzağın qiymətlərində ciddi problemlər yaranar, ümumiyyətlə, bahalaşma baş alıb gedər. Ona görə də ən yaxşı çıxış yolu manatı yumuşaq-yumuşaq buraxmaqdır.