-
“Deyəsən əvvəlki ittihamlardan bir şey çıxmadı, təzə nağıl fikirləşirlər”. – Bunu AzadliqRadiosuna məktubunda Xədicə İsmayıl yazır.
Onun sözlərinə görə, prokurorluq artıq onu ittiham olunduğu iş üzrə deyil, jurnalist fəaliyyəti ilə bağlı dindirməyə başlayıb. Məhbus-jurnalist bildirir ki, indiyədək istintaqda iştirak etməyən müstəntiq Sənan Paşayev onu dindirərək, müxtəlif sənədlərə bağlı suallar verib.
“Absurd ittihamlar səsləndi, protokola yazdım ki, iddialar siyasi qərəzin və hüquqi savadsızlığın nəticəsidir” – Xədicə yazır.
Xədicə İsmayıl dekabrın 5-də həbs olunub. Onu ittiham edirlər ki, Tural Mustafayev adlı şəxsi özünə qəsd həddinə çatdırıb. AzadliqRadiosu bu həbsin Xədicədən Azərbaycan məmurlarının gizli binesini üzə çıxaran araşdırmalara görə qisas alınması kimi qiymətləndirib.