Tələbələr rektor seçəcəklər

Dövlət İqtisad Universiteti

-

Azərbaycan Dövlət İqtisad Universitetində 15 nəfər tələbə rektorluğa namizədliyini verib.

Universitetin rəsmi saytında tələbə rektorluğa namizədlərin platformaları yerləşdirilib.

Namizədlər tədrisin keyfiyyətinin artırılması, təqaüdlərin dəqiq vaxtında verilməsi, dərsarası tənəffüslərin müddətinin uzadılması, ödənişli kəsrlərlə bağlı problemlərin həlli, sərbəst işlərin çapı üçün universitetdə printerlərin alınması və s. vədlər veriblər.

Tələbə-rektor layihəsinin məqsədi tələbə özünüidarəetmə sisteminin yaradılması, şəffaf, səmərəli idarəetmə mexanizminin inkişafı, eləcə də universitet rəhbərliyi ilə tələbələr arasında əlaqələrin beynəlxalq təcrübə əsasında müasirləşdirilməsidir.

Tələbə rektor bir il müddətinə seçiləcək. Namizəd olmaq üçün universitetin I-III kurslarında əyani təhsil almaq, akademik borcu olmamaq tələb edilir.