Vasif Talıbov: «Bədən tərbiyyəsi ümumxalq hərəkatına çevrilməlidir»

Vasif Talıbov

-

«Şərq qapısı» 22.02.2015

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən bezmisənsə, «Şərq qapısı» qəzetini oxu!

Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilmişdir

Fevralın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində «Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr» mövzusunda müşavirə keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq demişdir ki, ölkəmizdə idmanın inkişafı təmin olunmuş, bu sahədə zəngin qanunvericilik bazası və infrastruktur yaradılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəyə yekun vuraraq demişdir: «Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövrlərində digər sahələr kimi, idman da inkişaf etmiş, möhkəm maddi-texniki bazaya əsaslanan idman infrastrukturu formalaşmışdır. Hər bir insanın şəxsi həyatında və cəmiyyətdə idmanın mühüm rola malik olduğunu bildirən ümummilli liderimiz deyirdi: «İdmanı, bədən tərbiyəsini ümumxalq hərəkatına çevirməliyik...»

Maarifləndirici tədbir

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsində tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi və tikintidə yanğın təhlükəsizliyi qaydalarının tələblərinə əməl olunması mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəisi, polkovnik-lеytеnаnt Əsgər İsmayılov açaraq tədbirin əhəmiyyətindən bəhs edib.
Sonra Nахçıvаn Muхtаr Rеspublikаsı Fövqəlаdə Hаllаr Nаzirliyinin Yanğın nəzarəti və yanğından mühafizə işinin təşkili bölməsinin rəisi, dахili хidmət kapitanı Mirtaleh Seyidovun fərdi yaşayış evlərinin, müəssisələrin, binаlаrın, qurğulаrın və digər оbyеktlərin tikintisi, əsаslı təmiri, yеnidən qurulmаsı, gеnişləndirilməsi və tехniki cəhətdən dəyişdirilməsi zamanı lаyihə sənədlərinin yаnğın təhlükəsizliyi tələblərinə əməl оlunmаsı bахımındаn rаzılаşdırılmаsından, həmçinin tikinti dövründə yаnğın təhlükəsizliyi qаydаlаrına əməl olunması və dövlət yanğın nəzarətinin həyata keçirilməsindən bəhs edən çıxışı olub.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.