Moskvada Nemtsov-un xatirə yürüşü
Sizin brauzer HTML5-i dəstəkləmir
Qətlə yetirilmiş müxalifət siyasətçisi Boris Nemtsovun xatirə yürüşündə on minlərlə adam iştirak edib. Martın 1-də Moskvada müxalifətin etiraz aksiyası keçirilməli idi. Lakin fevralın 27-də bu aksiyanın təşəbbüskarlarından biri Boris Nemtsov qətlə yetiriləndən sonra, müxalifət tərəfdarları Ruisya paytaxtında matəm yürüşü keçirməli oldular.