Birləşmiş Ştatlar “Kreml üzərində böyük təsiri olan” 14 Ukrayna separatçısını və rusiyalını sanksiya siyahısına daxil edib.
Onların arasında tanınmış ifrat rus millətçisi, siyasətşünas Aleksandr Dugin də var.
Dugin-in adı Ukraynadakı münaqişənin qızışdırılması ilə əlaqələndirilir.
Rusiya bildirib ki, “yeni sanksiyalar dalğasını başa düşə bilmir”.
ABŞ Maliyyə Nazirliyindən Adam Szubin isə bəyan edib ki, Rusiya Ukraynanı sabitsizləşdirməkdə davam etdikcə, bu hərəkətlər ona baha oturacaq.
ABŞ-ın sanksiya siyahısına əlavə edilmiş digər şəxslərin arasındaUkraynadan Rusiyaya qaçaq düşmüş keçmiş təhlükəsizlik komandanı Alexander Khodakovsky də var. O hazırda Donetskdə qiyamçıların təhlükəsizlik xidmətinə rəhbərlik edir.
Sanksiya siyahısına prezident Yanukovych-in baş naziri Mykola Azarov da daxil edilib.
Onun müavini Serhiy Arbuzov və keçmiş səhiyyə naziri Raisa Bohatyriova da siyahıya salınıblar.