-
Baş Prokurorluq tikinti şirkətinin direktoru barədə başladığı cinayət işini yekunlaşdırıb.
Bu barədə martın 12-də yayılan açıqlamada deyilir ki, istintaq «STS» və «Sahil D Company» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Məzahir Cəfərova verilən ittihamları sübuta yetirib: «Məzahir Cəfərov «Sahil-D Company» MMC-nin paytaxtın Xətai rayonunda inşa etdiyi çoxmərtəbəli yaşayış binalarındakı satılmış və tam ödənişi aparılmış mənzilləri saxta sənədlər əsasında yenidən ayrı-ayrı şəxslərə satıb».
İstintaq iddia edir ki, Məzahir Cəfərov 4 milyon 500 min manat ələ keçirib: «İstintaq dövründə vətəndaşlara vurulmuş maddi ziyanın 1 milyon 242 min manatı ödənilib».
Baş prokurorluq istintaq materiallarını baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərib.