-
2006-cı ildə Karib dənizinin şərqində yerləşən Sent-Kids (Saint Kitts və ya Saint Christopher) və Nevis dövlətləri təhlükədə idi. Beləki, yerli əhalinin əsas iş yeri olan şəkər plantasiyaları 2005-ci ildən bağlanmışdı.
Bura Cənubi Mayamidən təyyarə ilə cəmi 3 saatlıq məsafədə yerləşsə də 48 minlik əhalisi olan bu dövlət o qədər də məhşur deyildi. Amma bir isveçli vəkilin 2006-ci ildən başlatdığı proqram bu dövlətlərdə durumu tamamilə dəyişdi. Söhbət həmin dövlətlərin vətəndaşlıq və yaşama izninin alınması ilə bağlı proqramdan gedir. Başqa sözlə, pasportların satışından...
250 MİN DOLLARA PASPORT VƏ 132 ÖLKƏYƏ VİZASIZ GİRİŞ İMKANI...
Sent-Kids və Nevisdə əslində pasportların satılmasına 1984-cü ildən başlanılmışdı. Amma bu o qədər də diqqət çəkməmişdi. İsveçli hüquqşunas Christian Kalin necə deyərlər bu işə baş qoşandan sonra vəziyyət dəyişir.
Christian Kalin əslində Sent-Kids-ə vətəndaşlıq proqramını inkişaf edirmək üçün getmişdi. Bloomberg yazır ki, onun sayəsində Sent-Kids indi pasport almaq üçün dünyanın ən məhşur yerinə çevrilib. Burada pasport və vətəndaşlıq 250,000 dollara satılır. Pasport alanlar nə az, nə çox - düz 132 ölkəyə vizasız giriş imkanı qazanırlar. Bu ölkənin pasportunu daşıyanların məhdud maliyyə hesabatı var, gəlirlər və ya mülkiyyət haqda məlumat tələb olunmur. Üstəlik vergilərdən də azaddırlar.
Christian Kalin-in vətəndaşlıq proqramının uğur qazanmasının bir səbəbi də 2008-ci ildən başlayan iqtsadi böhran idi. Bu böhran Karib Dənizi sahilindəki digər qonşu ölkələrə ciddi təsir etmişdi:
"Bu tamamilə transformasiya idi" - Beynəlxalq Vayluta Fondunun ölkə üzrə rəhbəri Judith Gold belə deyir.
BU PROQRAMI İCRA ETMƏK İSTƏYƏNLƏRİN SAYI ARTIR
Kalinin uğurlu proqramından sonra dünyanın müxtəlif ölkələrinin baş nazirləri məsləhət almaq üçün onunla görüşə can atırdılar. Bir çox ölkələr immiqrant investorlara vətəndaşlıq kartlarını satmağa başladılar. Dünya maliyyə böhranından öncə vətəndaşlıq pasportlarının satışı yalnız St.Kitts, Nevis və Karib dənizindəki digər bir adada Dominkada başlamışdı. Bundan sonra daha 5 dövlət də pasportunu satmağa başladı. Və belə dövlətlərin ardı da gəlir...
Kalin Kipr və Qrenada hökumətlərinə 2011 və 2013-cü illərdə vətəndaşlıqla bağlı investiyasiya planının hazırlanmasını məsləhət görüb. Eləcə də, 2013-cü ildə Antiqua və Barbuda üçün St.Kittsdəki programa bənzər proqram hazırlayıb.
2014-cü ildə isə Avropa Birliyinə üzv olan kiçik bir dövlət - Malta üçün proqram yazıb.
Albaniya, Xorvatiya, Montenegro və Sloveniya da həmin proqramla maraqlanır.
Bəs, bu proqramın özəlliyi nədir? Niyə dövlətlərin diqqətini bu qədər cəlb edir
"Aşağı xətt"
Kalin bu deyimi tez-tez işlədir. O deyir ki, bir çox ölkələr vətəndaşlığı tanıyan proqramı icra etmək istəyir, çünki bu da bir investisiyadır:
"Ölkəyə investiyanın yatırılmasının anlamı çoxdur. Niyə də ölkə üçün çox şeylər edə biləcək insanlara vətəndaşlıq verilməsin? "
Amma burada bir məsələni diqqətdən qaçırmaq olmaz: Bu təhlükəsizlikdir.
Kalin deyir ki, siyasi durumu stabil olmayan, gələcəkdə nə olacağı məlum olmayan ölkələrin vətəndaşları hər zaman özlərinə ikinci seçim axtarırlar. Və bu proqram əslində həmin insanlar üçündür.
Kalin bu işindən nə qədər qazanc götürdüyünü açıqlamaq istəmir. Amma deyir ki, 2014-cü ilin sonuna kimi onlarla hökumətlərə yardım edib. Və həmin hökumətlər vətəndaşlıq və yaşayış hüququ almaqla bağlı proqramlarla 4 millyard gəlir götürüblər.
BU PROQRAM CİNAYƏTLƏRƏ İMKAN YARADIR?
Əlbəttə, Kalini tənqid edənlər də az deyil. Ona qarşı əsas tənqid odur ki, bu proqram vergidən yayınan, qeyri-qanuni yollarla qazananlara imkanlar yaradır:
"Təəssüflər olsun ki, hər bir proqramda korrupsiya ola bilər. Amma siz başa düşməlisiz ki, biz, eləcə də mən heç vaxt hökumətə bir sent belə verməmişik"
St.Kittsin 100 kilometr şərqində yerləşən Antiqua və Barbudada vətəndaşlıq 200,000 dollar ianə və ya 400,000 dollar daşınmaz əmlaka investiya müqabilində satılır. Bundan başqa 60,000 dollar da haqq ödənilir.
İlin dörd fəsli qolf oyunları üçün sərfəli olan Nevisin Pinney sahilində vətəndaşlıq almaq üçün azı 400,000 dolların olmalıdır.
90 GÜNƏ KİPR PASPORTUN HAZIRDI, 2.5 MİLYONUN OLSA
Kalin keçən ilin oktyabrında pasport satışı biznesi ilə bağlı konfrans təşkil edib. Dəvətlilər arasında Maltanın və Nevisin Baş nazirləri, Kipirin maliyyə naziri, Portugaliyanın səfiri də var. Onların həri biri 300 nəfərlik auditoriya qarşısında təxminənin 15 dəqiqəlik çıxış ediblər. Konfransa gələnlər arasında vəkillər, mühasiblər, turizmlə maraqlananlar olub. İkinci pasport almaq istəyən əsas müştərilərsə əsasən Çin, Rusiya və Mərkəzi Asiyadan olanlaridi.
Kiprin ticarət naziri Yiorgas Lakkotrypis deyir ki, vətəndaşlıq almaq üçün cəmi 30 saniyə kifayətdir:
"Müraciət edənlər 3 səhifəlik formanı doldurur, hər hansı bir villa üçün 2.5 milyon avro yatırır və 7,000 avroluq haqq ödəyir. Və cinayət məsuliyyətinə cəlb olub-olmaması ilə bağlı sənəd təqdim edir. 90 gündən sonra Kiprin posportu hazırdır. Hətta 70 günə də almaq olar".
Malta ötən ilin yanvarından vətəndaşlığın satışına başlayıb. Qiymətlər 650,000 avrodan başlayır. Bir ildə ölkənin dövlət büdcəsinə 500 milyonluq gəlir gəlib.
"PASPORT BAZARI"
Bloombergin bu yazını hazırlayan müəlliflərindən biri təəsüratını bölüşür. Deyir ki, ilk dəfə pasport almaqla maraqlanan müştərilərə məlumat verən dövlət liderlərinin canfəşənlığını görəndə təəccübünü gizlədə bilməyib:
"Bu dövlətlərin rəhbərləri pasport satırdılar. Elə bil bazar idi. Ən gülməlisi isə o idi ki, passport almağa gələnlərin çox heç bu ölkələrin hardada yerləşdiyini belə bilmirdilər. Baş nazir və nazirlər konfransa gələnlərə ölkələrinin coğrafi yeri haqda məlumat verirdilər” - müəllif təsvir edir.
Vətəndaşlıq satışı ilə məşğul olan firmalar da hər bir müştərindən 70,000 avro xidmət haqqı alırlar.