Putinin yanında dayanmaqdan imtina edənlərin sayı artır

Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda keçirilən Böyük 20-lərin sammiti ərəfəsində Peterhof bağında təkbaşına oturub. 5 sentyabr 2013

.

TƏCÜVAZKARLA YANAŞI DURMAMAQ

Avropa liderləri bir-birinin ardınca bu ilin mayında Kremldə Qələbənin 70 illiyi münasibətilə keçiriləcək mərasimə qatılmaqdan imtina edirlər. Təkcə ötən həftə bəlli oldu ki, Hollandiyanın, Bolqarıstanın, Gürcüstanın, Slovakiyanın, Finlandiyanın, Norveçin dövlət başçıları Moskvaya gəlməyəcəklər.

Ölkə başçılarını bu niyyətlərini açıqlamağa qismən də Rusiya mətbuatı vadar etdi. Rusiya mətbuatı yazmışdı ki, mayın 9-dakı tədbirdə 30 dövlətin başçısı iştirak edəcək. Az sonra tədbirə 26 ölkə başçısının gələcəyi bildirildi. Hərçənd bu da var ki, dəvətlilərin hamısı rəsmi cavab göndərməyib. Macarıstan, İtaliya prezidentlərinin, ya da Niderland kralının Moskvaya gələcəyi indilik bəlli deyil. Buna görə də Rusiya Xarici İşlər Nazirliyi yekun siyahını aprelin əvvəlində açıqlayacağını bildirib.

CAMERON, OBAMA GƏLMƏYƏCƏK

Bununla yanaşı, bu gün belə aydındır ki, İkinci Dünya Savaşından sonra Sovet İttifaqı ilə birgə Avropada qaydaları müəyyənləşdirən dövlətlərin başçıları mayın 9-da Moskvaya gəlməyəcəklər. ABŞ prezidenti Barack Obama və Böyük Britaniyanın baş naziri David Cameron Qələbənin 70 illiyində Moskvaya gəlməkdən ilk imtina edənlərdəndir. Bu qərar onunla əsaslandırılıb ki, Rusiya Krımı anneksiya etməklə 1994-cü ildə imzalanmış Budapeşt memorandumunu pozub. Bu sənədi də Yalta razılaşması kimi üç ölkə imzalamışdı: Böyük Britaniya, Birləşmiş Ştatlar və Sovetlərin hüququ varisi kimi Rusiya.

“TƏCAVÜZKARLA YANAŞI DURMAQ...”

Moskvaya gəlməyənlər arasında anti-Hitler koalisiyasının üzvləri də var: Polşa artıq bu haqda rəsmi açıqlama verib.

Fransa prezidenti Francois Holland rəsmi açıqlama verməsə də, Almaniya kansleri Angela Merkel kimi davranacaq deyəsən. Moskvaya Qələbə Gününün ertəsi – mayın 10-da gedəcək. Merkel hərbi parada qatılacaq və naməlum əsgərin abidəsi önünə çələng qoyacaq.

Yerti gəlmişkən, Avropa ölkələrinin əksər başçıları parada qatılmayacaqlarını bildiriblər. Avropa Şurasının sədri Donald Tusk da onların arasındadır. O, deyib: “İndiki təcavüzkarla və Ukraynanın şərqində dinc vətəndaşlara qarşı silah yönəldən insanla hərbi paradda yanaşı durmaq mənim üçün, yumşaq desək, həddən artıq ikimənalıdır”.

“PUTİNİN DOSTLARI” GƏLƏCƏK

Avropa İttifaqında “Putinin dostu” sayılanlar da var və onlar mərasimə qatılacaqlarını deyiblər. Onların arasında Yunanıstan baş naziri Alexis Tsipras və Çexiya prezidenti Milos Zeman-ın adları çəkilir.

Zeman-ın bu addımı Çexiyada kəskin tənqidlə qarşılanıb. Bu gün çex hökuməti Rusiyaya qarşı prezidentdən fərqli siyasət sərgiləyir. Buna görə də parlament koalisiyası təklif edib ki, Zeman-ın səfərinə maliyyə ayrılmasın.

Qələbə günü Qərb siyasətçisinin Moskvaya gəlişi Putin-in beynəlxalq aləmdə nüfuzunun bərpasına köməkdir. Rusiya müxalifətçisi Garry Kasparov belə düşünür. O deyir ki, istənilən xarici siyasətçinin Moskvaya səfəri Putin-in özündənrazılığına səbəb olacaq. Onun fikrincə, bu cür səfərlər təbliğat maşınına sanksiyaların müvəqqəti olduğunu, Putin-in peşmançılığına bir səbəb olmadığını, şərtləri əvvəlki kimi onun diktə etdiyini söyləməyəimkan yaradacaq.

Kasparov “Rusiya ordusu qonşu ölkəni işğal etdiyi vaxtda bu cür mərasimə qatılmağı, Putin-lə yanaşı durmağı” düz saymır və bu yerdə sovet qoşunlarının Macarıstana, Çexoslavakiyaya yeridilməsini və ya sovet ordusunun Şərqi Almaniyadakı hərəkətini yada salır.

MOSKVAYA YOX, KİYEVƏ GETMƏK LAZIMDIR

Moskvaya gəlməkdən imtina edən liderlər Kiyevdə toplaşa bilərlər. Bu təkliflə ABŞ-ın Ukraynadakı üç keçmiş səfiri çıxış edib. Onlar deyiblər ki, Qərb liderlərinin İkinci Dünya Savaşında sovet insanlarının qəhrəmanlığını və fədakarlığını qeyd etmək üçün başqa imkanları var.

“Cameron, Merkel, Obama bu imkandan yararlana bilərlər, çünki söhbət möhtəşəm yubileydən gedir. Moskvada Qələbə Gününü yada salmaqdansa, Kiyevə getməlidirlər, keçmiş diplomatlar bildirib.