İŞİD-ə qoşulan Rusiya vətəndaşlarının sayı artır

Həbs edilmiş İŞİD üzvlərinin mətbuat konfransı (Arxiv fotosu)

-

«Şimali Qafqazdan olan 1500-dən çox şəxs Suriya və İraqda İslam Dövləti yaraqlıları sıralarında vuruşur».

Kremlin Şimali Qafqaz Federal Dairəsindəki nümayəndəsi belə iddia edir.

Sergei Melikov martın 26-da Pyatigorskda jurnalistlərə deyib ki, İD təşkilatının ideologiyası Şimali Qafqazda yayılır və bu çox təhlükəlidir. Melikov bunu önləmək üçün addımların atılmasının gərəkli olduğunu deyib.

Melikov deyir ki, İraq və Şuriyada vuruşan Şimali Qafqazlı döyüşçülərə evlərinə qayıtlmaq da çətindir. O iddia edir ki, Suriyada döyüşəndən sonra Şimali Qafqaza geri qayıdanlardan ən azı 5 döyüşçü 2014-cü ildə terrorizmə qarşı mübarizədə öldürülüb. Ancaq Melikov onların adını açıqlamayıb.

RAMZAN KADYROV İNKAR EDİRDİ...

Rusiya dövləti və təhlükəsizlik orqanları İslam Dövləti təşkilatının döyüşçülərinə müraciətdə onları «gizli quldurlar» adlandırır. Melikov deyir ki, indi bu «gizli quldurlar» fəal deyil:

«Gənclərin həmin qruplaşmalara qatılmasının qarşısını almaq üçün addımlar atılmalıdır».

Ramzan Kadyrov

Melikovun şərhləri Suriyada və İraqda vuruşmağa gedənlərin axınının olmasına və Şimali qafqazda radikallaşmaya sübutdur.

Bu məsələyə çeçen lideri Ramzan Kadryov da önəm verir. O, çeçenlərin Suriyada vuruşmağa getməsini əvvəllər inkar etmişdi.

Kadryov daha sonra iddia edirdi ki, Suriyada döyüşən bir çox etnik çeçenlər Çeçenistandan deyil, Avropadan gələnlərdir.

Son həftələrdə Rusiyanın təhlükəsizlik və hökümət rəsmiləri də Suriyada rusların vuruşmasını inkar etmir.

Fevralda isa təəcüblü addım atılıb. Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov Vaşinqtonda jurnalistlərə İraqdakı döyüşçü qruplarının tərkibində 1700-ə qədər rusiyalının ola biləcəyi ehtimal etdiklərini deyib.

Bortnikov qeyd edib ki, bu vəziyyətdə Rusiya və ABŞ arasında İslam Dövləti təşkilatı ilə əlaqədar kəşfiyyat məlumatları bölüşdürülür.

MOSKVA NARAHATDIR...

Bortnikovun etiraflarından sonra Melikov diqqəti Şimali Qafqazdaki İslam Dövləti Təşkilatı təhlükəsinə çəkib. O bildirib ki, İD təşkilatı Şimali Qafqaz regionunda universitet tələbələrini öz sıralarına çəkir.

Nikolai Patrushev

Kreml Təhlükəsizlik Şurasının rəhbəri Nikolai Patrushev bildirib ki, Moskva Şimali Qafqaz regionu ilə İslam Dövləti təşkilatı arasındakı əlaqədən narahatdır.

Bəs rəsmilərin bu məsələdə fikirlərinin dəyişməsinin səbəbi nədir?

Birinci səbəb oldur ki, əvvllər Şimali Qafqazın Qafqaz Əmirliyi ilə bağlı olan bir sıra hərbi qrupları indi İslam Dövləti təşkilatının lideri Abu Bakr al-Baghdadi-yə sadiqlik andı içmələridir.

Başqa səbəb odur ki, Rusiya vətəndaşlarının Suriya və İraqda hərbi qruplara qoşulması davam edir.

ABŞ Dövlət Departamenti martın 26-da qafqaz əmirliyi lideri Aliaskhab Kebekovu Xüsusi global terrorist kimi səciyyələndirib.

Suriyada vuruşan qafqazlılar regiona da təhlükədir.

Ekspertlər martın 15-16-da regionda keçirilən əks -terror əməlliyyatlarını İslam dövləti yaraqlılarının regiona təhlükəsinə cavab kimi qiymətləndirib.