Mehriban Əliyeva: "Avropa oyunlarında 6 mindən artıq idmançı iştirak edəcək"

Mehriban Əliyeva öz çıxışında Rusiyada fəaliyyət göstərən Azərbaycan gənclər təşkilatının işinin əhəmiyyətini qeyd etdi. Qızı Leyla Əliyeavının rəhbərlik etdiyi bu təşkilat, birinci xanımın sözlərinə görə, Azərbaycanlı gənclərə Rusiya cəmiyyətinə inteqrasiya olmaqda kömək edir 

Moskvanın "Redisson Royal" (keçmiş Ukrayna) mehmanxanasının konqres mərkəzində keçirilən Avropa oyunları - Bakı-2015-in təqdimatında İlham Əliyevin yaxın ailə üzvləri də iştirak edirdilər. Şəkildə prezidentin kiçik qızı Arzu Əliyeva həyat yoldaşı, rusiyalı iş adamı Səməd Qurbanovla birlikdə  

Heydər Əliyev Fondu ilə yanaşı Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyi də Bakı-2015-in təqdimat mərasiminin təşkilində iştirak edib. Şəkildə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycan prezidentinin yaxın ailə üzvləri ilə birlikdə  

Mərasimdə 1-ci Avropa oyunları təşkilat komitəsinin sədri qismində çıxış edən Mehriban Əliyeva bildirdi ki, gəncliyi və tələbə illərini keçirdiyi Moskva xoş xatirələrlə yadındadır. Azərbaycan-Rusiya münasibətlərindən danışaraq, birinci ledi Azərbaycanda Slavyan universitetinin, Lomonosov adına MDU filialının və 300-ə qədər rusdilli orta məktəblərin fəaliyyət göstərdiyini dedi və Avropa Şurasında Azərbaycan nümayəndələrinin tam heyətdə Rusiyaya qarşı qətnamənin əleyhinə səs verdiyini xatırlatdı. 

Bakı-2015-in təqdimatında Rusiya Dövlət Dumasının sədri Sergey Narishkin, baş nazirin müavini Dmitri Rogozin də iştirak edirdilər

Tədbirin aparıcı Rusiya televiziya ulduzu Dmitriy Shepelevin fikrincə, 1-ci Avropa oyunlarının Azərbaycanda keçirilməsi ölkənin beynəlxalq nüfuzundan xəbər verir

Bakı-2015-in Moskva təqdimatının qonaqları arasında Rusiya baş nazirinin müavini  Arkady Dvorkovich, xarici işlər nazirinin müavini Grigoriy Karasin, Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Zhukov, Rusiyanın məşhur müğənniləri və iş adamları da var idi.

Prezident İlham Əliyevin yaxın ailə üzvləri

Mehriban Əlyeva: "Biz bu oyunların təqdimatını boyük Avropa paytaxtlarında - Romada, Londonda, Parisdə, Afinada, Ankarada, Berlində keçirdik və bu gün xoşbəxtəm ki, dost ölkə Rusiyanın paytaxtı - Moskva şəhərində də Oyunlar haqda danışacağıq".
 

Mehriban Əliyeva: "Azərbaycan və Rusiya arasındakı ticarət mübadiləsi 4 milyard ABŞ dollarına yaxındır. Rusiya Azərbaycanın ümumi idxalında aparıcı yer tutur" 

Mehriban Əliyeva: "Azərbaycanla Rusiyanın münasibətləri möhkəm tarixi əsas üzərində qurulub".