Fransanın satirik “Charlie Hebdo” jurnalının mərhum redaktoru, qısaca “Charb” kimi tanınan Stephane Charbonnier-in kitabı ölümündən sonra çap edilib.
Dini lağa qoymaq hüququnu müdafiə edən kitabı müəllif ötən yanvarda islamçılar tərəfindən qətlə yetirilməzdən iki gün əvvəl tamamlamışdı.
O isbat etməyə çalışırdı ki, hazırda irqçiliyə qarşı mübarizə əsassız olaraq “islamofobiyaya” qarşı mübarizə ilə əvəzlənib.
Charb və daha 11 nəfər Charlie Hebdo jurnalının redaksiya iclası zamanı qətlə yetirilmişdilər.
Kitab “İrqçilərin dəyirmanına su tökən islamofobiya fırıldaqçılarına açıq məktub” adlanır.
Müəllif gileylənir ki, hər şeyə gülmək olar, İslamdan başqa, nədi-nədi müsəlmanlar əhalinin qalan hissəsindən daha çox dəymədüşərdilər.