-
Aprelin 26-da minlərlə insan Nyu Yokda yürüşə çıxaraq ABŞ hökumətindən tələb edib ki, 1-ci Dünya Müharibəsi dövründə 1.5 milyon erməninin ölümünü soyqırım kimi tanısın.
Erməni qırğınının 100-cü ildönümü aprelin 24-də qeyd olunub.
Bəzi ölkələr həmin qətlləri soyqırım kimi tanısa da, Türkiyə buna qarşı çıxır, Osmanlı İmperiyası zamanı baş vermiş qırğının etnik təmizləmə məqsədilə edilmədiyini bildirir.
ABŞ-da yaşayan etnik ermənilər Konqresdə səsverməyə çağırır. Times meydanında çıxış edən senator Charles Schumer deyib ki, “soyqırımı inkar edənlərə günəş altında yer yoxdur”.