Yeni razılaşmaya görə Assange-ı dindirmək üçün İsveç prokurorları Londona yollanacaqlar.
İsveçin Ali Məhkəməsi Julian Assange-ın Avropa həbs sanksiyasına qarşı appelyasiya şikayəti vermək iddiasını təmin edib.
Wikileaks saytının banisi artıq 2012-ci ildən Ekvadorun Londondakı səfirliyinə sığınıb.
İsveç müstəntiqləri onu 2010-cu ildə irəli sürülmüş zorlama ittihamları ilə bağlı dindirmək istəyirlər.
Cənab Assange iddia edir ki, onun İsveçə ekstradisiyası son məqamda ABŞ-a təslim edilməsi ilə nəticələnə bilər.
İsveç məhkəməsi Assange-ın bundan əvvəlki iddiasını rədd etmişdi.
Yeni razılaşmaya görə Assange-ı dindirmək üçün İsveç prokurorları Londona yollanacaqlar.
Cənab Assange ona qarşı iki qadın tərəfindən irəli sürülmüş zorlama inttihamlarını inkar edir.