-
Cəfər Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasının «Nabat» filmi İranda keçirilən 33-cü Fəcr Beynəlxalq Film Festivalının «East Panorama» müsabiqə proqramında «Ən yaxşı rejissor» mükafatına layiq görülüb.
Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin kinostudiyaya istinadla yaydığı xəbərə görə, festivalda və mükafatların təqdimolunma mərasimində filmin yaradıcı heyəti iştirak edib.
«Nabat» filminin quruluşçu rejissoru Elçin Musaoğlu, ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.
Baş rolları Fatemeh Motamed-Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və başqaları canlandırıblar.