-
Məşhur Kolumbiya yazıçısı Gabriel Garcia Marquez-in imzaladığı roman oğurlanıb.
Söhbət yazıçının 1967-ci ildə çap edilən "100 ilin tənhalığı" romanından gedir.
O zaman Marqez hələ elə də tanınmırdı və kitab ilk olaraq 8 min tirajla çap edilmişdi.
Oğurluq hadisəsi Kolumbiyanın paytaxtı Boqotada baş verib - Beynəlxalq Kitab Yarmarkasında.
Kitab ayrıca otaqda sərgilənirdi.
Kitabın sahibi Alvaro Castillo nadir kitabların satıcısıdır. O deyir ki, kitabın indiki dəyəri 60 min dollar olsa da, bu əslində onun üçün qiymətsiz bir əşya idi.
Marquez kitabı belə imzalamışdı: "Qədimi kitab taciri Alvaro Castillo-ya. Köhnə, həmişəlik dostu Qabodan".
Polis hazırda kitab yarmarkasındakı nəzarət kameralarının çəkdiklərini nəzərdən keçirir.