Berlindən Bakıya uçan təyyarənin qanadı zədələnib

Foto illüstrasiya

-

Mayın 27-də Berlin aeroportunda Berlin-Bakı marşrutu üzrə AHY-064 reysini həyata keçirən «A-319» təyyarəsinin qanadının ucu zədələnib.

Bu haqda «Azərbaycan Hava Yoları» QSC-nin (AzAL) yaydığı məlumatda deyilir.

Reysin sərnişinləri Berlindən Bakıya İstanbul vasitəsilə yola salınır.

Zədələnmənin səbəbi AZAL-ın ekipajı cəlb edilməklə Berlin aeroportununun yerüstü xidmətləri tərəfindən araşdırılır.

Təyyarənin bərpası və qaytarılması üçün tədbirlər görülür.