Rusiyanın sanksiyasına baxmayaraq polşalı bağbanlar ötən mövsüm götürdükləri bütün almanı satıb.
Bu məhsulun bir hissəsi çox ucuz qiymətə satılsa da fermerlər Avropa, Asiya və Şimali Afrikada yeni bazarlar qazanıblar.
Polşa bağbanlar ittifaqının sədri Miroslav Malishevski bildirib ki, Rusiya embarqonu davam etdirsə də biz daha çox məhsul becərəcəyik və əgər embarqo ləğv edilsə belə, biz işi davam etdirəcək və artıq Rusiya bazarından az aşlı olacağıq.
Polşada dünyada ən böyük alma ixracçılarından biridir.
Qərb Ukrayna böhranına görə Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq edib.
Öz növbəsində Rusiya bir sıra Avropa ölkələrindən ərzaq məhsulları və meyvə-tərəvəz idxalını dayandırıb.