-
Ukraynanın Odessa vilayət administrasiyasının yeni təyin olunmuş rəhbəri Mikhail Saakashvili bu vəzifəyə razılaşmasının səbəbindən danışıb. O, deyib ki, Odessa vilayətinin potensialı lazımınca istifadə olunmur.
Saakahvili-nin fikrincə, şəhərə rəhbərlik edən məmurlar Odessanın bütün istiqamətlərdə inkişafını əngəlləyir. Bu açıqlamadan öncə yayılan məlumatlara görə, Saakashvili Odessa vilayət rəhbərliyini tamamilə dəyişəcək.
“Odessalılardan xahiş edirəm ki, şəhər rəhbərliyinə gəncləri cəlb etmək üçün mənə şans versinlər. Onlar açıq müsabiqələrlə bu vəzifələrə cəlb olunacaq,” Saakashvili deyib.
Ukrayna prezidenti Petro Poroshenko bu yaxınlarda Mikhail Saakahvili-nu Odessa vilayətinin rəhbəri təyin edib.