-
Qafqaz Müsəlmanları İdarəsi Rаmаzаn ayının təqvimini yayıb.
Təqvimdə İslamda оruс tutmağın vacib sayıldığı bu günlərin iyunun 18-də başlayıb, iyulun 17-da başa çatacağı qeyd edilir. Təqvim belədir:
Yada salaq ki, iyunun 4-də Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şurası Rаmаzаn ayının başlaması münasibətilə fətva vermişdi.
Fətvaya görə, bu il Azərbaycanda Rаmazаn ayının 1-i miladi təqvimlə 18 iyuna düşür.
Eydül-Fitr – Rаmаzаn bayramı Şəvval ayının 1-i - iyulun 18-nə təsadüf edir və həmin gün bayram namazı qılınmalıdır.
QMİ sədri Allahşükür Paşazadə bildirmişdi ki, Rаmazаn ayı iyunun 18-də başlayacaq, amma istəyən ehtiyat olaraq bir gün əvvəldən də оruс tuta bilər.
Paşazadə Rаmаzаn bayramının vaxtı ilə də bağlı fikirlərini belə açıqlamışdı:
«Bayram vaxtı ay, iyulun 18-də yox, bir gün qabaq görünsə, yəni 17-də görünsə, o zaman xalqa xəbər veriləcək. Amma bu gün AMEA-nın Şamaxı Astrofizika Rəsədxanası belə rəy verib. Ona görə də, bayram iyulun 18-nə təyin olunub. Kim də bunu pozarsa, cəzalanacaq».
Ancaq bu təqvimi Azərbaycandakı dindarların birmənalı qəbul edəcəyini söyləmək o qədər də asan deyil. Əvvəlki illərdə Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsinin təqvimindən əlavə təqvimlər də istifadə edilib. Müxtəlif dini təriqətlərin istifadə etdikləri belə təqvimlərdə imsak və iftar vaxtları QMİ-nin təqvimindən əsasən 5-10 dəqiqə fərqlənib.