“Biz bu suallara cavab tapmaq üçün bizdən aşlı olan hər şeyi etmişik. Amma bir məsələ var ki, biz daxili məsələlərin həllində suveren dövlətə diktə edə bilmərik”.
AzadlıqRadiosunun məlumatına görə, bunu iyunun 11-də İlk Avropa oyunları ilə bağlı Bakıda keçirilən mətbuat konfransında Avropa Olimpiya Komitəsinin prezidenti Patrick Hickey Azərbaycanda insan haqlarının vəziyyətilə bağlı suala münasibət bildirərkən deyib.
O qeyd edib ki, bu hadisənin harda baş verməsi önəmli deyil, biz siyasi təşkilat deyilik, idman təşkilatıyıq və suveren dövlətə necə işləməyi deməyə səlahiyyətimiz yoxdur.