İdmançıları vuran sürücünü tutdular

Sizin brauzer HTML5-i dəstəkləmir

Avstriyalı üzgüçü qızların qəzaya düşməsinin görüntüləri

-

İyunun 11-sə Avropa Oyunlarının «Atletlər kəndi»ndə üç avstriyalı idmançını vuran avtobusun sürücüsü Vəli Əhmədov barəsində həbs-qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyinin məlumatında deyilir ki, piyadaları vuran avtobus «Bakubus» Məhdud Məsuliyyətli Cəmiyyətə məxsusdur.

Fakt üzrə Azərbaycan Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) ilə cinayət işi başlanıb.

Həmçinin yüksək ixtisaslı sürücülərin işə götürülməsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyən «Bakubus» MMC-nin vəzifəli şəxslərinin hüquqi məsuliyyət məsələsinə də baxılır.