İslam Əməkdaşlıq Təşkilatının Avropa Birliyi yanındakı səfiri Arif Məmmədov vəzifəsindən geri çağırılıb.
Diplomatik mənbələrdən APA-ya verilən məlumata görə, Arif Məmmədov İƏT-in diplomatı statusundan məhrum edilib və təşkilatın sıralarından çıxarılıb.
Arif Məmmədov bu vəzifəyə 2013-cü ildə təyin olunmuşdu.
Bundan əvvəl isə o, Azərbaycanın Brüsseldəki səfiri və Avropa Birliyi yanında daimi nümayəndəliyinin rəhbəri vəzifələrində çalışıb.