ABŞ dövlət departamenti Azərbaycan hakimiyyətinin 10 aydan artıq İsvəçrə səfirliyinə sığınan hüquq mudafiəçisi Emin Hüseynovun ölkəni tərk etməsinə icazə verməsini alqışlayıb.
Dövlət departamenti bu addımın Avropa oyunaları iləbir vaxta təsadüf etməsini alqışlayıb, eyni zamanda Azərbaycan hakimiyyətini xoş məram kimi Leyla və Arif Yunuslar, İntiqam Əliyev də daxil olmaqla fəaliyyətlərinə görə həbsdə olan digər şəxsləri də azad etməyə çağırıb.
Dövlət Departamentinin saytında yerləşdirilən bəyanatda həmçinin Emin Hüseynova uzun muddət dəstək və yardım göstərməsinə görə İsveçrə hökumətinə təşəkkür bildirilir.