İslam Dövləti yaraqlıları ilk dəfə olaraq Suriyada 2 qadının başını kəsib.
Londonda fəaliyyət göstərən Suriya insan haqları mərkəzinin məlumatına görə, qadınlar və onların ərləri cadugərlik və sehrbazlıqla məşğul imişlər.
İnsan haqları mərkəzi onların iyunun 28-29-da Deir al Zor əyalətində edam olunduqlarını bildirir.
Hər iki halda edamı qadınların ərləri icra edib.
Hazırda Suriya və İraqın bir çox əraziləri İslam Dövləti yaraqlılarını nəzarətindədir.