Belarusda növbəti prezident seçkisi bu il oktyabrın 11-ə təyin edilib.
İndiki prezident Aleksandr Lukashenko da seçkidə mübarizə aparacağını bildirib.
Seçilsə bu onun dalbadal 5-ci müddəti olacaq.
“RBK”-nın məlumatına görə, Rusiya hakimiyyəti Lukashenkonun namizədliyini dəstəkləyir.
BMT-nin xüsusi məruzəçisi Miklós Haraszti seçki ərəfəsində Belarusda siyasi məhbuslar sahəsində vəziyyətin pizləşdiyini bildirib.
O Minski vətəndaş və siyasi hüquqlarına görə, həbsə atılan bütün fəalları azad etməyə çağırıb.
Lukashenka 2010-cu ildə 4-cü müddətə prezident seçildikdən sonra prezidentliyə 9 namizəddən 7-nə qarşı kütləvi iğtişaşların təşkili ilə bağlı ittiham irəli sürülüb.
Bundan başqa seçkilərdə pozuntulara qarşı çıxan yüzlərlə aksiyaçısaxlanıb.