Almaniyanın kansleri Angela Merkel Yunanıstanla danışıqların hələ açıq olduğunu deyib.
O bunu iyunun 30-da Yunanıstanın borc böhranı ətrafında yaranmış vəziyyətlə bağlı Berlində keçirdiyi mətbuat konfransında deyib.
Merkel bildirib ki, iyunun 30-u, Mərkəzi Avropa vaxtı gecə yarısı Avropa Birliyinin Afinaya xilas proqramı bitir və o hələlik elə bir real əlamət görmür.
Amma kansler qeyd edib ki, həmin gündən Afina ilə ünsiyyət kanalları kəsilmir və əks halda biz Avropa Birliyi olmazdıq.
Merkel bildirib ki, bu o deməkdir ki, danışıqlar üçün qapı açıqdır.
Yunanıstan iyunun 30-da Beynəlxalq Valyuta Fonduna olan kredit bocunu ödəməyəcəyini bəyan edib.
Ölkənin baş naziri Alexis Tsipras ölkə vətəndaşlarını iyulun 5-də keçiriləcək referendumda beynəlxalq kreditorların təkliflərinə yox deməyə çağırıb.
Baş nazir bildirib ki, əks halda o vəzifəsindən gedəcək.
Avropa ölkələrinin liderləri isə xəbərdarlıq edib ki, təkliflər rədd edilsə, bu Yunanıstanın avrozonadan çıxmasi ilə nəticələnəcək.
Əgər Afina ilə beynəlxalq kreditorlar razılığa gələ bilməsə, Yunanıstanı defolt gözləyir.