London Bakının notasına cavab verdi

Bako Sahakian

-

Böyük Britaniyanın Bakıdakı səfirliyi Qarabağ separatçılarının lideri Bako Sahakyan-ın Londona səfəri barədə media sorğularını cavablandırıb.

Chatham House – Britaniyanın beynəlxalq münasibətlər sahəsində analitika mərkəzi kimi tanınan Beynəlxalq Münasibətlər üzrə Kral İnstitutu (The Royal Institute of International Affairs) iyulun 8-də Londonda Dağlıq Qarabağ ətrafında vəziyyətin, regional təhlükəsizliyin və müxtəlif subyektlər arasında münasibətlərin müzakirəsini keçirəcək. Həmin tədbirdə əsas çıxışçı separatçıların lideri Bako Sahakyan-dır və “de-fakto Dağlıq Qarabağ Respublikasının prezidenti” kimi təqdim olunur.

Səfirliyin açıqlamasında deyilir.

“Böyük Britaniya özünü “Dağlıq Qarabağ Respublikası” adlandıran qurumu tanımır və Britaniya hökuməti bu qurumun təmsilçiləri ilə hər hansı əlaqə saxlamır. Cənab Sahakyan Böyük Britaniyaya müstəqil formada gedir və Britaniya hökumətinin bu səfərdə rolu yoxdur. Chatham House müstəqil institutdur və tədbirlərinə kimi dəvət etmək barədə özü qərar verir. Britaniya hökumətinin bu qərarlara heç bir təsiri yoxdur. Qeyri-hökumət təşkilatlarının azadlığına hörmətimizi nəzərə alaraq, belə bir təsirdən söhbət gedə bilməz”.