-
Koalisiya qüvvələrinin hava zərbəsində İslam Dövləti silahlı qruplaşmasının “intiharçıların əmiri” kimi tanınan lideri qətlə yetirilib. Tunisli Tariq bin Tahar al-'Awni al-Harzi İraq və Suriyada intiharçı hücumları həyata keçirmək üçün əcnəbiləri yığırdı. ABŞ rəsmisi iyulun 2-də bildirib ki, “əmir”lə birlikdə daha bir döyüşçü ABŞ pilotsuz qurğusunun Suriyada hücumunda öldürülüb. Əməliyyatda dinc sakinlərin ölümü barədə məlumat yoxdur.
Pentaqonun sözçüsü kapitan Jeff Davis deyib ki, Harzi iyunun 16-da Şəddadidə öldürülüb. O, Liviyadan Suriyaya döyüşçü və silah daşınmasına məsul olub, əcnəbi döyüşçülərin Suriya-İraq sərhədində hərəkətinə yardım edib.
Ötən sentyabrda ABŞ Harzi-ni qlobal terrorçu elan edib.