İslam Dövləti qrupu Suriyanın şimalındakı Ein İssa şəhərini yenidən ələ keçirib.
Bu barədə Londondakı Suriya İnsan Haqları Mərkəzi məlumat yayıb.
Bu şəhər 2 həftə bundan əvvəl kürd döyüşçüləri tərəfindən ələ keçirilmişdi.
Məlumata görə şəhər və ətraf rayonlar iyulun 6-da yenidən İslam Dövləti yaraqlılarının əlinə keçib.
Hazırda Suriya və İraqın bir çox bölgələri İslam Dövləti qrupunun nəzarətindədir.