Nazir və müavinlər işdən qovuldu

Berdymukhammedov

Türkmənistan prezidenti Gurbanguly Berdymukhammedov bir sıra yüksək səlahiyyətli kökumət üzvlərini işdən azad edib.

Dövlət mediasının məlumatına görə, onlar korrupsiya və pozuntulara yol verməkdə ittiham olunurlar.

Prezident iyulun 9-da keçirilən hökumət iclasında iqtisadi inkişaf naziri, İqtisadi və maliyyə sektoru və kənd təsərrüfatı üzrə nazir müavinlərini işdən azad edib.

Berdymukhammedov bildirib ki, əsas nazirlər beynəlxalq böhranın ölkə iqtisadiyyatına təsirini qiymətləndirə bilməyiblər.

O ölkənin iqtisadi və maliyyə sektorunda rüşvətxorluğa yol verildiyini vurğulayıb.

Prezident qeyd edib ki, son vaxtlar ölkənin bank, vergi və maliyyə orqanlarında törədəilən cinayətlərə görə 80 nəfərə qarşı müxtəlif ittihamlar irəli sürülüb.

Türkmənistan qaz ehtiyatlarına görə dünyada 4-cü yerdədir.