Yanan bina qarşısında etiraz...

Sizin brauzer HTML5-i dəstəkləmir

Yanan bina qarşısında etiraz...

-

Mayın 19-da Azadlıq prospektində yanan binada zərərçəkən 12 nəfər hələ də onlara dəyən ziyana görə kompensasiya ala bilməyiblər. Bu haqda AzadlıqRadiosuna onlar özləri məlumat verib.

Zərərçəkənlərdən 10 nəfərin avtomobilinə yanğın zaman xətər dəyib. Daha iki nəfərin isə obyekti - internet klub və inşaat malları mağazası hadisə zamanı zərər görüb.

Aksiyaçılar onlara dəyən maddi ziyanın ödənməsi üçün icra hakimiyyətindən tutmuş prezidentə və onun xanımına qədər müraciət etdiklərini bildiriblər. Amma bu günədək cavab almadıqlarını deyirlər. Zərərçəkənlər yaxın günlərdə aksiya keçirməyi düşünürlər.

Mayın 19-da Bakının Binəqədi rayonu Azadlıq prospektində 16-mərtəbəli binada baş verən yanğında 15 nəfər ölüb, 50-dən çox insan yaralanıb. Açılan cinayət işi üzrə 6 nəfər həbs olunub.