İsrailin baş naziri Benjamin Netanyahu İranla 6 dünya ölkəsi arasında əldə edilmiş nüvə razılaşmasını tarixi səhv adlandırıb.
O deyib ki, İran indi nüvə silahına aparan düzgün yola düşür, buna mane olan bir çox məhdudiyyətlər aradan qaldırılacaq.
O bunu iyulun 14-də İranın nüvə proqramı ilə bağlı Vyanada əldə edilmiş razılaşmaya münasibət bildirərkən deyib.
Amma əksər dünya liderləri demək olar ki, bu razılaşmanı müsbət qarşılayıb.