-
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 14-də ali təhsil müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.
İmtahan ölkənin 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmazda aparılıb.
İmtahan saat 11:00-da başlayan imtahan 3 saat davam edib.
Hal-hazırda TQDK-da müstəqil ekspertlər tərəfindən imtahanda abituriyentlərə təqdim olunmuş test tapşırıqlarının ekspertizası aparılır.
Bu gün həmçinin «Space» telekanalında canlı yayımlanan “Abituriyent” verilişində TQDK-nın məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək.
İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında və facebook səhifəsində yerləşdiriləcək.
Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.
Sizcə Azərbaycanın ən savadlı və ən savadsız rayonları hansıdır? Bu interaktiv xəritəyə baxsanız bilərsiniz.