“Təhlükəsizlik təminatı Qarabağ nizamlanmasının elementi olmalıdır. Bura beynəlxalq sülhməramlı qüvvələr yeridilməsi daxildir”.
Bunu Rusiya mıtbuatına müsahibəsində ATƏT-in Minsk qrupunun amerikalı həmsədri James Warlick deyib.
O qeyd edib ki, işğqal altındakı ərazilər qaytarılarsa, Dağlıq Qarabağın təhlükəsizliyini təmin etmək üçün bölgəyə beynəlxalq sülhməramlı qüvvələr yeritmək lazım gələcək.
Sülhməramlı heyətə gəldikdə isə həmsədr qeyd edib ki, bu ATƏT və yaxud BMT-nin himayəsi altında olmalı, bunu münaqişə tərəflərimüəyyənləşdirməli və müzakirə predmeti olmalıdır.
Nizamlanma prosesinin prinsip və elementlərinə gəldikdə isə o bildirib ki, onların əksəriyyəti Rusiyanın keçmiş prezidenti Dmitri Medvedevin dövründə aparılan danışıqlar zamanı müəyyən edilib.
“Onların arasında Dağlıq Qarabağdan kənarərazilərin qaytarılması, Dağlıq Qarabağın statusu, qaçqınların durumu və təhlükəsizliyə təminat kimi məsələlər var. Biz bu məsələləri kompleks şəkildə nəzərdən keçiririk”-deyə o vurğulayıb.