“İran neft-qaz ehtiyatları ilə zəngindir və TAP, TANAP kimi layihələr Tehranı maraqlandırır”.
APA-nın məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin deyib.
O bildirib ki, İranın neft nazirliyi və neft-qaz şirkətinin mütəxəssisləri hazırda bu məsələni araşdırır və bundan sonra Azərbaycan Dövlət Neft Şirkəti ilə danışıqlar başlana bilər: “Bu layihə 2018-ci ildə yekunlaşdırılmalıdır və həmin vaxtadək düşünməyə vaxtımız var”-deyə səfir vurğulayıb.