Obama İran nüvə sazişini müdafiə edir

Barack Obama

-

ABŞ prezidenti Barack Obama İranla əldə olunmuş yekun nüvə razılaşmasını müdafiə edir, sazişin Birləşmiş Ştatların milli maraqları çərçivəsində olduğunu deyir.

“Bu sazişlə regional və beynəlxalq təhlükəsizliyiə böyük bir hədəni sülh yoluyla həll etmək imkanımız yaranır,” Obama Ağ Evdə mətbuat konfransında deyib.

Bir saatadək çəkən mətbuat konfransı Ağ Evin İran sazişini Amerika ictimaiyyətinə və ABŞ Konqresinə təqdim kampaniyasının bir hissəsidir. Konqres 60 gün ərzində sazişi nəzərdən keçirəcək.

Yekun saziş İranın nüvə fəaliyyətini məhdudlaşdırması əvəzində sanksiyaları yüngülləşdirəcək. Konqresmenlərdən bəziləri sənədi tənqid edib, onun İranın nüvə proqramını yalnız yavaşıdacağını söyləyib.

Obama-nın sözlərinə görə, saziş ABŞ-ı və dünyanı daha təhlükəsiz edəcək. Prezident deyir ki, tənqidçilər iyulun 14-də Vyanada əldə olunmuş sazişə daha yaxşı alternativ də təqdim etməyiblər.