-
«Yeni Ay Azərbaycanda bu gün axşam saatlarında - gün batandan sonra üfüqdə görünəcək».
Bunu Trend-ə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Namiq Cəlilov bildirib.
Onun dediyinə görə, bu gün axşam bayram axşamı, sabah isə bayram günü hesab edilir.
İyulun 17 və 18-də Azərbaycanda Ramazan bayramı qeyd edilir.