-
Ötən həftə əldə olunmuş İran nüvə sazişi İranın atom bombası əldə etməsini əngəlləmək üçün hərbi variantı aradan qaldırmır. Bunu ABŞ-ın müdafiə naziri Ashton Carter iyulun 19-da Vaşinqtondan İsrailə uçarkən təyyarədə deyib. Onun sözlərinə görə, “bu sazişin yaxşılığının bir səbəbi odur ki, hərbi variantı aradan qaldırmır”.
Carter Yaxın Şərq səfərinə İsraildən başlayır. O, regiona İran nüvə sazişini ABŞ-ın müttəfiqlərin izah etməyə gedir. Carter Səudiyyə Ərəbistanı və İordaniyaya gedəcək.
Carter deyib ki, İran razılaşmanın şərtlərini pozarsa, Birləşmiş Ştatlar hərbi variantı özündə saxlayır.
ABŞ müdafiə naziri iyulun 20-də israilli həmkarı Moshe Yaalon, daha sonra baş nazir Benjamin Netanyahu ilə görüşəcək. Sonuncu İran sazişini “tarixi səhv” adlandırıb.